Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
20:10
570

02
Dek
20:10



Jurnalist toyunun səhəri ailəsindən imtina etdi
“Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiniz? Bu əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı”.

Xeberoxu.Az xəbər verir ki, bu sözləri gənc jurnalist Nurlan Libre sosial media hesabında yazıb. O, ailəsindən imtina etdiyini söyləyib.

“Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür. Ailəm ilk başda Əsli ilə izdivacıma qarşı idi. Onlara görə Əsli tərbiyəsiz küçə qızı, bizim ailəmizə yaraşmayan fərd idi. Bunu mənə dedikləri zaman sakitcə dediklərini qəbul edib, evdən birdəfəlik çıxdım. Bir həftəyə yaxın dost-tanış evində qaldıqdan sonra Əsli ilə kirayə evə köçdük, nikah üçün Asan Xidmətə müraciət etdik. Bu dönəmdə Əslinin ailəsi Zərdabda toy etmək üçün bizdən xahiş etdilər. İnanın toya bir manat belə xərc çəkmədim, hələ üstəlik toydan yığılan pulu artıqlamasıyla bizə verdilər ki, yeni ailəsiniz ehtiyaclarınız üçün xərcləyin. Anam isə Əslinin ayaqlarına düşdü ki, gəlinim yox, qızımsan, səni səhv tanımışıq. Toydan gələn gəlir də sizin olsun.

Ailəmin edəcəyi toyu istəmirdim. Bakıda kiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görə yox, nəslin içində adları təmizə çıxsın deyə edir. El-aləm var, qohum-qonşu nə deyər axı?! Əslinin təklidləri ilə toya razı oldum. Toy gününə kimi hər şey normal idi. Toy günü əyləncəmizə imkan vermədilər, sanki toy qohumlar üçün imiş kimi...

Bütün bunlardan sonra toydan imtina edərək, Əsli ilə taksiyə minib getmək istədim. Dostlarım mənə imkan vermədi. Güc-bəla toyu başa vurduq. Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Dünənə kimi ailəmin gəlinim dediyi qız birdən birə oldu küçə qızı. Qardaşım, atam, anam, qohumlarım üstümüzə hücum çəkib, bizi döyə döyə evdən qovdular, pərişan halda evdən zorla qaçdıq”.

Cütlük bildirib ki, məsələ ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə şikayət edib:

“Belə ailəm olduğu üçün utanıram. Mənə övladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailə lazım deyil. Övladlarının şad gününü 50 qonağın 50-200 manat arası yazdıracaqları pula görə bərbad edən mənə lazım deyil. Atam Qəhrəmanlı Ramiz Yusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, Qardaşım Qəhrəmanlı Xəyal Ramiz oğlundan imtina edirəm”.( axsam.az )

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.