XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
17:22
154
24
Noy
17:22



Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək

Noyabrın 24-də “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib.

Xeberoxu.Az xəbər verir ki, layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir.

Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaqdır.

Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər MEDİA xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.