# EVDƏQAL
# EVDƏQAL



25 Mart
2020
19:07
588

25
Mart
19:07



KOBİA-nın əməkdaşları distant formada sahibkarlara xidmət göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətlərinin cavablandırılması, eləcə də koronavirus (COVİD-19) pandemiyasının işgüzar mühitə təsirinin minimuma endirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə sahibkarların məlumatlandırılması üçün bayram günləri də daxil olmaqla məsafədən (distant) xidmətlərin göstərilməsini davam etdirir.

Agentlikdən Xeberoxu.az-a bildirilib ki, KOBİA-nın əməkdaşları (regionlar üzrə KOB dostları) telefon rabitəsi (012 404-04-01, 131 Çağrı Mərkəzi) və internet vasitəsilə ([email protected] və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlər göstərir, biznes subyektlərini maraqlandıran sualları cavablandırır.

Eyni zamanda koronavirus pandemiyasının yerli sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar barədə sahibkarların məlumatlandırılması, COVID-19 infeksiyasından qorunmaq üçün profilaktik tədbirlər barədə sahibkarların və vətəndaşların maarifləndirilməsinə dəstək göstərilməsi üçün KOBİA-nın rəsmi internet saytında (www.smb.gov.az) və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar və video çarxlar yerləşdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.