XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
14:51
675
28
Iyul
14:51



Kamran Əliyev reket jurnalistikadan DANIŞDI - VİDEO

“Mənə elə gəlir ki, bəzən sosial media istifadəçiləri, mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Hüquqi məsələlərdə bəzi mürəkkəb məqamlarla bağlı o dərəcədə asanlıqla rəy verib, qəti fikirlər səsləndirirlər ki, bu, yolverilməzdir”.

oxu.az xəbər verir ki, bu fikirləri “Real TV”yə müsahibəsində baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hüquq - kifayət qədər mürəkkəb elmdir:

“Hüquqi məsələlərdə sübutlar, onların təhlili, qiymətləndirilməsi prosesləri kifayət qədər çoxşaxəlidir. Müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən bu məsələlərə zaman ayrılır. İşin incəliklərini bilmədən, sübutları bilmədən şərh vermək olmaz. Məsələn, Tərtər işi ilə bağlı elə fikirlər irəli sürülür ki, bu, yolverilməzdir. Düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün biz müəyyən tədbirlər planı hazırlamalıyıq. Bu planı da media orqanları ilə birgə həyata keçirməliyik”.

K.Əliyev reket jurnalistika ilə bağlı da fikirlər səsləndirib:

“Düşünmürəm ki, reketlik təkcə jurnalistikaya aiddir. Bu, şərti bir termindir. Əslində, burada söhbət hədə-qorxu və tələbetmədən gedir. Bəzən jurnalistlər kimi fəaliyyət göstərdiyini deyənlər, eləcə də sosial media istifadəçiləri tərəfindən bu məqamlara yol verilir. Reket deyilən anlayışın qanunda öz maddəsi var, belə ki, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə tənzimlənir. Bu, təkcə jurnalistikada deyil, digər sahələrdə də müşahidə edilən cinayətkar fəaliyyət kimi qiymətləndirilir. Bu kimi faktlar aşkarlandıqda həmin şəxslər məsuliyyətə cəlb edilirlər”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.