XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Avq
2021
15:27
3828
27
Avq
15:27



“AzerGold”un xalis mənfəəti 4 dəfə artıb

“AzerGold” QSC 2020-ci ili 48,21 milyon manat xalis mənfəətlə başa vurub.

Xeberoxu.Az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,9 dəfə çoxdur.

Ötən il “AzerGold”un gəlirləri 112,733 milyon manat (illik müqayisədə 30 % çox), xərcləri 54,927 milyon manat (23,3 % az), mənfəət vergisi ödəmələri isə 9,596 milyon manat (3,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 139,878 milyon manat olub ki, bu da, illik müqayisədə 26,9 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 49,4 % azalaraq 41,743 milyon manata, balans kapitalı 3,6 dəfə artaraq 98,135 milyon manata, nizamnamə kapitalı isə 3 dəfə artaraq 21,765 milyon manata çatıb.

Qeyd edək ki, dünyanın tanınmış audit şirkətlərindən olan “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarına əsasən, əvvəlki illə müqayisədə 2020-ci ildə Səhmdar Cəmiyyətin qızıl hasilatında 8,7 %, gümüş hasilatında isə 17,6 % artım qeydə alınıb. Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına 110,2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9 % (24,04 milyon ABŞ dolları) çoxdur.

“AzerGold” QSC-nin ümumi kapitalı 2019-cu ildə 27,57 milyon ABŞ dolları olduğu halda, 2020-ci ildə bu göstərici 70,56 milyon ABŞ dolları (255,9 %) artaraq 98 milyon ABŞ dollarından çox olub. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti hesabına, həmçinin dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına (38 milyon manat həcmində) əsaslanır. 2020-ci ilin sonuna “AzerGold” QSC-nin səhm kapitalı 29,5 milyon ABŞ dolları ötüb.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.