XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Avq
2021
17:06
3988
27
Avq
17:06



Tikinti materiallarının bahalaşması daşınmaz əmlak bazarına necə təsir edib?

Daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var. Yeni tikililərin sayında, eyni zamanda tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir. Son bir ildə Azərbaycanda tikinti materiallarının bahalaşması müşahidə olunur. Bu il yay mövsümü daxil olandan isə tikinti materialları bazarında qiymətlər xeyli artıb.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında tikinti bazarındakı qiymət artımının əmlak bazarına da təsir etdiyini bildirib:

“Tikint materiallarının qiymətlərinin artması əmlak bazarındakı qiymətlərə də təsir edir. Abşeron və Bakı ətrafı ərazilərdə insanlar fərdi yaşayış evləri tikib satırdılar. Tikintinin maya dəyəri artdığına görə onlar da qiyməti artırırlar. Artım hazırda bazara elə təsir etməsə də, artıq tikilib təhvil verilən fərdi həyət evlərində öz əksini göstərir. Tikintinin maya dəyərində 25-30 % artımlar var.

Ekspert yeni tikili binalarda da eyni səbəblə qiymətlərin artdığını bildirib:

“Bu vəziyyət yeni tikili binalarda da belədir. Bu gün bütün tikinti materiallarının qiyməti artıb. Bu isə tikinti şirkətlərinin yeni tikili binalardakı qiymətləri qaldırmasına səbəb olur. Daxili təmir üçün ölkəyə kənardan gətirilən bütün tikinti materiallarının da qiymətində artım var”.

E.Fərzəliyev deyib ki, materialların qiymətinin bahalaşması daha öncə kreditlə mənzil satmış şirkətlər üçün xoşagəlməz haldır:

“Tutaq ki, tikinti şirkəti il yarım əvvəl tikintiyə başlayıb və daxili kreditlə 1 kvadratı min manata olmaqla mənzilləri vətəndaşlara satıb, mənzilin maya dəyəri isə təxminən 700 manat olub. Artıq il yarımdan sonra materialların qiyməti qalxdığına görə maya dəyəri artır və şirkət vətəndaşa etdiyi kreditli satışdan qazanc əldə edə bilmir. Arada müqavilə olduğuna görə qiyməti də artıra bilmir. Tikinti materiallarının bahalaşması yeni tikili binalarda qiymətləri daha çox artıracaq. Yeni tikili binalarda ev alıb təmir edərək satanlar da var. Bu evlərin də qiyməti bahalaşacaq”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.