XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
03:00
915
29
Iyul
03:00



Konfrans Liqası: “Neftçi” geridönüşlə növbəti mərhələyə yüksəlib

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.

II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan Laurentsiu Regekampfın yetirmələri “Baksell Arena”da kambekə imza atıblar. İlk yarıda Qodsvey Donyonun qolu ilə azarkeşlərini ümidləndirən “Neftçi” fasilədən sonra darmadağını rəsmiləşdirib.

Öncə Eddi İsrafilov, ardınca Kenni Sayef də kiprlilərin qapısına yol tapıb. Bu böyükhesablı qələbə paytaxt təmsilçisini III təsnifat mərhələsinə daşıyıb.

Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-də və 11-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0
Qollar: 
Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 82
Baş hakim: Bastian Donkert (Almaniya)
“Neftçi”: 1.İvan Brkiç, 3.Mamadu Mbodj, 4.Solomon Kvirkveliya, 6.Voislav Stankoviç, 19.Azər Salahlı, 8.Emin Mahmudov (k), 14.Eddi İsrafilov, 23. Ataa Caber, 5.Kenni Sayef, 24.Yusuf Laval, 11.Qodsvey Donyo
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 93. Rza Cəfərov, 7.Azər Əliyev, 16.Gilyerme Pato, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 21.İsmayıl Zülfüqarlı, 26.Ömər Buludov, 27.Fərid Yusifli, 73.Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82.Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf
“Aris”: 1. Vana, 8. Morqan Braun, 20. Stiv Yaqo, 31. Frants Brorsson, 13. Delmiro Evora Naşimento (k), 3. Kayu, 21. Mixlali Mayambela, 37. Julius Szoke, 14. Artur Yannik Qomis, 27. Martin Sloqar, 7. Leo Benqtsson
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 30. Aleks Mussunda, 9. Daniel Sikorski, 65. Yanis Dede Lomme, 58. Yevgeni Yablonski, 72. Floriss Djave, 80. Şavi Uorren Babiçka
Baş məşqçi: Aleksey Şpilevski
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:2


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.