29 Iyun
2020
17:16
2526

29
Iyun
17:16



Könüllülərdən sosial məsafəyə diqqət çəkən addım

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) çətiri altında fəaliyyət göstərən Azərbaycan könüllüləri yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında növbəti kreativ aksiya keçiriblər.

Azərbaycan Gənclər Fondundan XeberOxu.Az-a  bildirilib ki, koronavirus infeksiyasından qorunma məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ictimai yerlərdə sosial məsafənin təmin olunması ilə bağlı şifahi şəkildə aparılan maarifləndirmənin səmərəli olduğu, lakin xüsusi karantin rejimi şəraitində hər bir fərdi vətəndaşı əhatə etməyin mümkün olmadığını nəzərə alan könüllülər parklarda, yeraltı keçidlərin qarşısında və səkilərdə ara məsafəsinin qorunmasının vacibliyini xatırladan xüsusi istiqamətverici işarələrlə hamını məsafə saxlamağa və bir-birimizi infeksiyaya yoluxmaqdan qorumağa dəvət ediblər.

Aksiyanın özəlliyi ondan ibarətdir ki, könüllülərin həmin ərazidə daim olmasını və hər bir şəxslə ayrıca maarifləndirici söhbət aparmasını zəruri etmir. Vətəndaşlar yerdə çəkilən işarələrlə xatırlatma alır, bu işarələrlə hərəkət etməklə sosial məsafəni qoruyur və infeksiyanın yayılmasının qarşısını almağa töhfə vermiş olurlar.

Təqdirəlayiq haldır ki, aksiyada iştirak edən könüllülər karantin rejiminin qaydalarına tam riayət edərək, öz fəaliyyətlərini yaşayış yerlərinə yaxın ərazidə, sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüququndan istifadə etməklə həyata keçiriblər.
Bu aksiya hazırda ölkəmizin Balakən, Zaqatala, Qəbələ, Göygöl, Goranboy, Saatlı, Şamaxı, Tərtər rayonlarında başlayıb və respublikanın digər rayon və şəhərlərini də əhatə etməsi nəzərdə tutulur.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq







Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi







Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ







Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.