# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
12:54
2956

23
May
12:54



Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır - Tahir Kərimli

Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki əhali arasında əsassız məlumatlar yayılması Azərbaycanda yoluxmanın ikinci dalğanın başlaması təhlükəsini yaradır.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dünyanı ağuşuna alan koronavirusla mübarizə üçün Azərbaycanda kifayət qədər qabaqlayıcı tədbirlər görülub. Lakin bu, o demək deyil ki, artıq bu təhlükə ölkəmizdə bitib. Lakin bəzi vətəndaşlar bu virusun təhlükəsini anlamır:

"Bəziləri sosial şəbəkələrdə belə bir virusun olmadığını yazır. Amma həmin şəxslər bu virusun xarici ölkələrdə hansı faciələr törətdiyini dərk eləmir. Onlar ölkəmizdə bu virusa yoluxanların olmasına baxmayaraq, müxtəlif fərziyələr yayırlar. Azərbaycanda pandemiyanın zəif olması o demək deyil ki, vəziyyət qorxulu deyil. Bu zəifləmə dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində olub. Ölkədə vaxtında atılan addımlar bu virusun kəskin yayılmasının qarşısını alıb. Amma bəziləri hələ də bu virusun olmaması haqqında yalan məlumatlar yayaraq cəmiyyətdə arxayınçılıq yaradırlar. Bu, ölkəmiz üçün çox təhlükəli ola bilər. Hara baxsan, görürsən ki, insanlar tibbi maska və əlcək olmadan küçələrdə gəzir, sosial məsafə saxlamırlar".

Millət vəkili qeyd edib ki, bu cür məsuliyyətsizlik davam edərsə, dövlət yenidən sərt tədbirlərə başlaya bilər:

"Hamını cərimələmək olmur, amma əhali də məsuliyyətli olmalı, bu virusla ciddi mübarizə aparmalıdır. Əks halda, Azərbaycanda daha pis vəziyyət yarana bilər. Artıq bir sıra dövlətlərdə maskadan istifadə etməməyə görə ciddi cəzalar, cərimələr tətbiq edilir. Sosial məsafə saxlamayanlar, parklarda sosial məsafə xəttini keçənlər məsuliyyətə cəlb olunur. Azərbaycan hələ ki, bu cür sərt tədbirlərə getmək istəmir. Amma əhali səhlənkar yanaşarsa, dövlət vətəndaşını qorumaq üçün bu cür sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Çünki statistika hələ də yoluxmaların davam etdiyini göstərir. Mən vətəndaşlara səslənirəm ki, sosial məsafələrə ciddi riayət edib, tibbi maskalardan istifadə eləsinlər. Əks halda, vəziyyət pisləşsə, dövlət məcburən sərt qaydalar tətbiq edəcək".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.