# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
16:04
2278

26
Mart
16:04



Koronavirusun hamilə qadınlara və yenidoğulanlara necə təsir etdiyi açıqlanıb

Koronavirusun hamilə qadınlara və onların dünyaya gətirəcəkləri körpəyə hansı formada təsir etdiyi açıqlanıb.

Xeberoxu.Az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci mama-ginekologiya şöbəsinin müdiri, uzman Turab Canbaxışov bildirib ki, indiyədək dünyada 18 hamilə qadın koronavirusa yoluxub. Onların nə özündə, nə də dölündə ağır fəsad yaranmayıb:

“Koronavirusa yoluxan hamilələrin bətnindəki döldən və döl maye suyundan nümunələr götürülüb və heç birində koronavirus aşkarlanmayıb. Onların bəziləri artıq doğuşunu həyata keçirib, bəzilərinin isə hamiləliyi davam edir. Hamiləlik keçirənlərin döllərində də bir problem aşkarlanmayıb. Koronavirusa yoluxmuş hamilə qadınlar hətta uşaq doğulduqdan sonra südünü körpələrinə verməlidirlər. Çünki süddə heç bir koronavirus aşkar edilməyib, digər tərəfdən süd körpələrin qidalanması isə çox vacibdir”.

Həkim tövsiyə edib ki, hamilə qadınlar və yaxınları yaranmış hazırki vəziyyətdən panikaya düşməsinlər.

Onun sözlərinə görə, digər insanlar kimi hamilə qadınlar da koronavirusun qarşısının alınmasına yönələn sanitar-gigiyenik tələblərə əməl etməlidirlər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.