# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
16:13
924

26
Mart
16:13



Küçəyə çıxan 65 yaşlı insanların yaşadıqları ünvana qaytarılması təmin edilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması genişmiqyaslı tədbirlər davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirlərinin tam yerinə yetirilməsi üçün paytaxtda üzərimizə düşən bütün vəzifələr icra olunmaqdadır.

"Bu məqsədlə paytaxtda koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlar tərəfimizdən müəyyən olunduqda profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi müəyyən olunduqda onlar da tövsiyələrə uyğun olaraq, vəziyyət onlara izah olunmaqla toplaşdıqları yerdən uzaqlaşdırılır.

Yalnız bir halda qadağalara məhəl qoyulmadıqda qanunvericliyə uyğun olaraq, tədbirlər görüləcək.

Xüsusi təyinatlı avtomobillər vasitəsilə bütün küçə və prospektlərdə, məlhəllədaxilli yollarda əhaliyə xəbərdarlıqlar edilir.

Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, qərarların anlayışla qarşılanmasını, tələb və tövsiyələr əməl etməyi xahiş edirik", - deyə qeyd olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.