05 Avq 2019
14:50
![]() |
05
Avq 14:50
![]() Külək AZAL-ın işinə təsir edib? -AÇIQLAMA Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir. Xeberoxu.az bildirir ki,bu barədə Trend-ə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur: "Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir". Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |