16 Yan 2021
21:15
![]() |
16
Yan 21:15
![]() Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. DİN-dən XeberOxu.Az-a bildirilib ki, yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 4 nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub. Eyni zamanda ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Hacıqabulda istixana yandı
|