16 Yan 2021
23:15
![]() |
16
Yan 23:15
![]() Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir Ölkəmizin hər yerində olduğu kimi Şamaxı rayonunda da ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması prosesi daima diqqət mərkəzində saxlanılır. Şamaxı Rayon İcra Hakimiyyətindən XeberOxu.Az-a verilən məlumata görə, füsunkar təbiəti olan rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni yaşıllıq sahələrinin yaradılması, həmişəyaşıl ağac və kol bitkilərinin əkilməsi işləri davam etdirilir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində rayonun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun ətrafında və Yeni Muğanlı yaşayış massivinin yolkənarı ərazilərində bugünədək aqrotexniki tələblərə uyğun olaraq 700 ədəddən çox Eldar şamı, 450 ədəd Sərv və başqa növ ağaclar əkilmişdir. Gələcəkdə təkcə bu ərazilərdə 30 mindən çox ağacın əkilməsi nəzərdə tutulmuşdur. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Hacıqabulda istixana yandı
|