Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
01:54
375

03
Dek
01:54



"Laborant-robot" bir ildə 100 min eksperiment həyata keçirib

Elmi tədqiqatlarla məşğul olmaq, laboratoriyalarda bir eksperimenti min dəfə təkrar etmək məşəqqətli iş sayılır. İndi bu işləri robotlara həvalə ediblər. Bu cür eksperimentlərdən biri də gəmilərin layihələşdirilməsi zamanı nəzərə alınan burağan silkələmələrinin tənzimlənməsidir. XeberOxu.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mürəkkəb və ağır laboratoriya tədqiqatlarını aparmaq üçün Amerika və Britaniya alimləri tərəfindən süni intellekt bazasında "Intelligent Tow Tank" (ITT) adlı robotlaşdırılmış eksperimental platforma işlənib hazırlanıb.

Qeyd olunub ki, bu çərçivədə "laborant-robotun" hazırlanması üzrə ən çətin iş onun diqqətinin axınlara yönəldiləcəyi və müsbət nəticələrin əldə olunacağı təkrar eksperimentlərin aparılmasıdır. Adətən bu işləri laborantlar yerinə yetirirlər, lakin bu iş xüsusən istedadlı və iddialı gənc alimlər üçün yeknəsəq və darıxdırıcıdır.

"Science Robotics" jurnalında dərc olunmuş məqalədə bildirilir ki, ITT çərçivəsində artıq bir il ərzində 100 min eksperiment aparılıb. Robot tələbələrin və laborantların Bütün tədqiqat proqramlarını iki həftəyə yerinə yetirə bilib. Bu cür robotdan istifadə edilməsi elmin tətbiqi sahələrində potensial inkişaf perspektivləri yaradır, kompüterlər və insanların birgə fəaliyyəti isə tədqiqatların eksperimental fazasını sürətləndirməyə imkan verir. ABŞ və Britaniya alimlərinin süni intellekt bazasında işləyib hazırladıqları bu elmi baza sayəsində infeksiyaları təcrübəli bioloqun yerinə yetirdiyi işin dəqiqliyi ilə aşkar etmək mümkündür. "Laborant-robot" həkim-laborantları da əl əməyindən azad edəcək.

 


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.