![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
16:16
![]() |
05
Avq 16:16
![]() Laçında şəhid olan hərbçilərimizin dəfn yerləri bəlli oldu - YENİLƏNİB + VİDEO Bu gün Laçında qaya uçması nəticəsində şəhid olan iki əsgərimizin dəfn olunacağı yerlər müəyyənləşib. Xeberoxu.Az-ın məlumatına görə, əsgər Xudiyev Samir Səməd oğlu Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılacaq. Digər şəhidimiz Əliyev Tahir Çingiz oğlu isə doğulduğu Ağstafa rayonunun Xətai kəndində dəfn olunacaq. Dəfn mərasimləri sabah baş tutacaq. XXX Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. XXX Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şəmkirdə birmərtəbəli ev yanıb
Bakıda yük avtomobili yanıb
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub
Gəncədə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb
|
|