Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
15:57
2431
21
Noy
15:57



Lavrov: “Qarabağla bağlı ortaq bəyanatı şübhə altına alma cəhdləri qəbuledilməzdir”

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir”.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.

“Bu bəyanatın bir neçə həftə əvvəl çox kəskinləşən vəziyyətin həll olunmasının alternativsiz yolu olduğu hər kəs tərəfindən qəbul edilib. Bəyanatı təkcə ölkə daxilində deyil, xaricdə də şübhə altına almaq cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulanıb. Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”, - deyə o bildirib.

Rusiya Xarici İşlər naziri İrəvanda Rusiya nümayəndə heyətinin danışıqlar zamanı əsas diqqətin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyanatının dəqiq və tam həyata keçirilməsi vəzifələrinə ayrıldığını bildirib.

Lavrov əlavə edib ki, İrəvanda Rusiya nümayəndə heyəti ilə görüşlərində Ermənistanın baş naziri və prezidenti Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiqliklərini təsdiqləyiblər.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ev yanıb







Yardımlıda mağaza yanıb







Bakıda sex yanıb







Zəngilanda yük maşını aşıb, sürücü ölüb


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.