Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
12:23
798

13
Iyul
12:23



Lənkəran və Salyanda aqrokimya laboratoriyaları istifadəyə verilib

Fermerlər torpaq, su, bitki analizlərini aqrokimya laboratoriyalarında analiz edə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, Lənkəran və Salyanda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Lənkəran Regional Aqrokimya Laboratoriyasının fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib.

Agentliyin mütəxəssislərinin, alimlərin fermerlərin iştirakı ilə keçirilən tədbirdə Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə laboratoriyanın fəaliyyət istiqamətləri və həyata keçirilən analizlərin formatı ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Respublikada 11 Regional Aqrokimya Laboratoriyasının fermerlərin istifadəsinə verildiyini və onlarının ən müasir cihaz və avadanlıqlarla təmin olunduğunu deyən R.Vahabzadə, laboratoriyaların Salyan, Neftçala, Hacıqabul, Cəlilabad, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı rayonlarını əhatə etməklə 327 000 hektardan artıq əkinə yararlı torpaq sahələrinə xidmət göstərəcəyini diqqətə çatdırıb.

Aqrokimya laboratoriyalarının aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıdığını vurğulayan AXA rəsmisi qeyd edib ki, laboratoriya fermerlərə torpağın məhsuldarlıq və fiziki göstərcilərinin, torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması və suvarma sularının analizlərinin həyata keçirilməsi xidmətlərini təklif edir: “Aqrokimyəvi tədqiqatların nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermerlər hansı məhsul qrupunun əkəcəyini müəyyən edir, gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Torpağın və bitkinin fiziki-kimyəvi analizi, pestisidlərin qalıq miqdarının təyin olunması qida sağlamlığının qorunmasında vacib amillərdən biridir. Fermerlər bu xidmətlərdən yararlanaraq istehlakçılara keyfiyyətli məhsul təklif edə bilərlər”.

Məruzəçi bildirib ki, aqrokimya laboratoriyalarının fəaliyyəti nəticəsində aqrar sektor daha geniş profillə fəaliyyət göstərəcək: “Əkinə yararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul artımı baş verəcək, eyni zamanda əkinə yararsız torpaqlar müayinə olunaraq yararlı vəziyyətə gətiriləcək. Suvarma suları və onların mənbələrinin monitorinqi nəticəsində keyfiyyətli suvarma suları monitorinqə uyğun olaraq qruplaşacaq və fermerlər sudan düzgün istifadə qaydalarına riayət edərək vəsaitlərinə qənaət etmiş olacaq. Bitki analizləri sayəsində istehlakçıya keyfiyyətli və təhlükəsiz məhsul təqdim edəcəklər və bütün bu proseslərin sonunda dayanıqlı sabit marketinq idarəetməsini formalaşdıracaqlar. Keyfiyyətli məhsul istehsalı respublikanın ixrac əməliyyatlarında dayanıqlı inkişaf reformasının və proseslərin stimullaşdırılmasına gətirib çıxaracaq. Bunun sayəsində fermerlər vəsaitlərin düzgün istiqamətdə yönəltməklə böyük gəlirlər əldə edəcəklər”.

Tədbirdə fermerlər bu sahənin vacib sahə olduğunu qeyd ediblər və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Müzakirələr zamanı problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və onların həll olunması üçün müvafiq tövsiyələr verilib. Sonda tədbir iştirakcıları əkin sahələrindən nümunələrin götürülməsi, həmcinin laboratoriyada iş prosesi ilə əyani tanış olublar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az