Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



18 Okt
2020
07:00
3109
18
Okt
07:00



Lənkəranda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilib

Payız fəslinin gəlişi ilə əlaqədar havaların tez-tez dəyişməsi müxtəlif xəstəliklərlə yanaşı, yeni koronavirus infeksiyasının da yenidən baş qaldırmasına rəvac verib.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bəzi xəstələrdə virusa yoluxmanın simptomlarına rast gəldiyindən Lənkəran rayonunun iki kəndində sərt karantin rejimi elan olunaraq sosial fəallığa məhdudiyyət qoyulub. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə 15 oktyabr saat 00:00-dan giriş-çıxış dayandırılıb.

Yeni koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Lənkəranda profilaktiki tədbirlər gücləndirilib. Şəhər icra hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhərdə, kənd və qəsəbələrdə, insanların sıx olduğu yerlərdə əhali ilə maarifləndirmə söhbətlər aparılır və epidemiyadan qorunmaq üçün tətbiq olunan karantin qaydaları, özünütəcridin, tibbi maska və digər tibbi mühafizə vasitələrindən müntəzəm istifadənin əhəmiyyəti onlara ətraflı izah olunur.

Mobil qrupun üzvləri, həmçinin avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, marketlərdə, mərkəzi bazarda, hərəkətin sıx olduğu yerlərdə reydlər keçirərək vətəndaşların özünüqoruma qaydalarına əməletmə vəziyyətini yoxlayır, qaydalara riayət etməyən şəxslərlə ciddi izahat işi aparırlar.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib







Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova







Mustafa Şentop Əli Əsədovla görüşdü







Prezidentin köməkçisi: “Son təxribatlar Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.