XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Iyul
2021
02:00
1278
28
Iyul
02:00



Bezosdan Ay proqramında iştirak qarşılığında NASA-ya maraqlı təklif

ABŞ-ın “Blue Origin” özəl aviasiya şirkətinin rəhbəri və “Amazon” onlayn satış şirkətinin qurucusu Ceff Bezos ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) “Artemis” Ay proqramı üçün eniş modulu hazırlamaq müqaviləsi müqabilində iki milyard dollar təklif edib.

TASS-ın məlumatına görə, bu barədə Bezosun NASA direktoru Bill Nelsona məktubunda deyilir.

“Blue Origin” bu ilin və sonrakı iki maliyyə ilində iki milyard dollara çatan bütün ödənişlərdən imtina edərək pilotlu eniş modulunun (HLS, Human Landing Systems) inkişaf proqramının büdcə kəsirini dolduracaq. Bu təxirə salma deyil, bu tələblərdən tam imtinadır”, - deyə şirkətin saytında dərc olunan sənəddə bildirilir.

Bezos NASA rəhbərindən şirkətinin öz hesabına Aya eniş modulunun elementinin hazırlanmasında və işə salınmasında iştirak etməsinə icazə verməsini istəyib. Bu xərcləri o, bir milyard dollardan çox qiymətləndirir. Milyarder bunun müqabilində “Blue Origin”in xidmətləri üçün təsbit edilmiş qiymətlə müqavilə almaq istəyir, həmçinin onun həyata keçirilməsi zamanı əlavə xərcləri qarşılamağı təklif edir.

Xatırladaq ki, iyulun 20-də Bezos Texasda poliqondan kosmosa uçub. Kosmik gəmi 100 kilometr yüksəkliyə qalxıb. Uçuş cəmi 11 dəqiqə davam edib, ancaq enişdən sonra Bezos təcrübəni təkrarlamaq istədiyini etiraf edib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.