Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
17:29
1533

06
Sen
17:29



Leyla Əliyeva “Jara” filminin qalasında - Foto-VIDEO

Ötən gün Bakıda “Jara” romantik komediya filminin premyerası keçirilib. XeberOxu.Az xəbər verir ki, qala gecəsi Heydər Əliyev Mərkəzində baş tutub.

Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov iştirak edib. Bundan əlavə, qala gecəsinə Xalq artistləri Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Rusiyanın tanınmış aparıcısı Yuliya Baranovskaya və başqa ulduzlar da qatılıb. 

90 dəqiqəlik filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, baş prodüsseri Emin Ağalarov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur. 

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və festivalın ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

Filmdə əsas rollardan birini azərbaycanlı aktrisa Günəş Mehdizadə, epizodik rollarda Aydan Axundova, rəqqasə Rəna Ağamuradova (Renka) ifa edib. 

 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az