XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



01 Okt
2022
14:12
881
01
Okt
14:12



MEDİA-nın təşkilatçılığı ilə universitetlərdə silsilə seminarların keçirilməsinə başlanıldı - FOTO

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb.


Xeberoxu.Az xəbər verir ki, seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq media təcrübəsinə yiyələnməsidir.

Silsilə seminarlar çərçivəsində ilk olaraq MEDİA Agentliyi və “ADA” Universiteti arasında bu il imzalanan əməkdaşlıq memorandumunun tərkib hissəsi kimi media sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Universitetin Kommunikasiya və Rəqəmsal Media ixtisasının tədrisində xarici mütəxəssislərin cəlb olunmasına başlanılıb.

Agentliyin dəstəyi ilə cari tədris ilində Universitetdə kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə müvafiq fənləri Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli tədris edəcəkdir.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcəkdir.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər MEDİA xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.