![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
21 Dek 2021
22:48
![]() |
21
Dek 22:48
![]() Mahir Emreli "Legiya"nın ən yaxşı futbolçusudur Polşa "Legiya"sında futbolçuların cari mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb. Xeberoxu.Az "legionisci" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur. Qış fasiləsinədək, bütün turnirlər daxil olmaqla, 11 qol vurmuş forvard komandanın ən sərrast üzvüdür. Onun aktivində 2 məhsuldar ötürmə də var. Emreli oyun sayına görə də liderlər sırasındadır. 33 matçda forma geyinmiş futbolçu ümumilikdə 2 066 dəqiqə meydanda olub. Hücumçu bu göstəricidə yalnız Mateuş Veteska (2 962), Bartoş Sliş (2 515), Lukinyas (2 301) və Filip Mladenoviçdən (2 220) geri qalır. Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|