Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
22:00
549

11
Sen
22:00




Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Xeberoxu.Az-in məlumatına görə, baş vermiş oğurluq hadisəsi ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahir Emrelinin anası Elnurə Emreli ilə əlaqə yaradıb. O, evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib:

"Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bu, evimizin oğurlanması ilə bağlı verdiyim ilk və son müsahibəmdir. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub".Anar Mədətov isə redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu Mahir ona ev məsələsi ilə bağlı heç bir söz deməyib. Onların ailəsində "kupça" məsələsi ilə bağlı mübahisə olmayıb, hazırda isə başları oğurluq məsələsinə qarışıb. Bəzi saytlarda yazılan məlumatlar isə dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, 3 mobil telefon və beş min manatlıq qızıl əşyaları oğurlanıb.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az