Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
21:04
225

08
Noy
21:04



Mariya Zaxarova: Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir

Azərbaycanla Rusiya arasında münasibətlər nəhəng perspektivlərə malikdir.

XeberOxu.Az-ın  məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, ölkələr arasında münasibətlər dinamik inkişaf edir:

“Bizi ümumi tarix, bu gün və gələcək birləşdirir. Ona görə də bu münasibətlər gələcəyə yönəlib və nəhəng perspektivlərə malikdir”.

M.Zaxarova daha sonra bildirib ki, Rusiya-Azərbaycan regionlararası yubiley forumu Moskvada keçiriləcək:

“Forum noyabrın 22-23-də planlaşdırılıb. Bu, onuncu regionlararası forum olacaq. Tədbirin təşkilatçıları Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyidir”.

O əlavə edib ki, regionlararası əlaqələr Rusiya və Azərbaycanın çoxplanlı ikitərəfli münasibətlərində böyük əhəmiyyət daşıyır və genişlənməkdə davam edir:

“Buraya Rusiyanın 70-dən çox subyekti cəlb olunub. Rusiyanın 17 subyekti Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə sazişlərə malikdir. Azərbaycanla ticarət həcminin üçdə bir hissəsindən çoxu Moskva və Moskva vilayətinin payına düşür. Ticarət tərəfdaşları arasında ilk onluğa Stavropol diyarı, Krasnodar diyarı, Çelyabinsk, Sverdlovsk, Saratov, Orenburq vilayətləri, eləcə də Sankt-Peterburq şəhəri və Tatarıstan respublikası daxildir”.

Məqalə:

Mariya Zaxarova,Mariya,Zaxarova,Rusiya Xarici İşlər Nazirliyi,Rusiya,Daqliq Qarabaq

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az