XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



22 Fev
2021
16:02
988
22
Fev
16:02



Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn-sorğu başlayıb

2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad etdi. Bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir.

ADA Universitetindən bildirilib ki, bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir.

Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.

Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir.

Sorğu bu gündən (fevral ayının 22-dən) etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.

Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır. Nəzərə almalıyıq ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. Biz öz gələcəyimizə özümüz məsuliyyət daşıyırıq!

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı







Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb







Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı







Şirvanda minik avtomobili yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.