XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



25 Sen
2022
22:18
1051
25
Sen
22:18



Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

“Paltardəyişmə otağında da demişdim ki, azlıqda olduğun zaman fiziki güc tapıb mübarizə aparmaq çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

45 yaşlı mütəxəssis “Dalğa Arena”dakı qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Məşqçilik təcrübəmə baxmayaraq, oyunu dəyişməyə cəhd eləsəm də, oyun əldən getmişdi. Belarusa qarşı keçirdiyimiz matçla müqayisədə nisbətən zəif çıxış etdik”.

- Dünən mətbuat konfransında demişdiniz ki, Canni de Byazi ağzının danışığını bilsin. İndi hansı fikirdəsiz?
- Çox dərinə gedirsiniz. Nə de Byazi, nə də rəqibin oyunçuları ilə qərəzliliyim var. Biz oyundan sonra da onunla görüşdük. Mən Qazaxıstan yığmasının baş məşqçisiyəm, bizim öz yolumuz var.

- Millətlər Liqasındakı ümumi çıxışdan razı qaldınız?
- Bugünkü məğlubiyyət mənim üçün ağırdır. Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Uduzduğumuz zaman buna səbəb axtarırıq. Bizim yolumuz hələ irəlidədir.

- Sizə elə gəlmir ki, rəqiblər sizi yetərincə qiymətləndirmədi və Qazaxıstan yığmasının bəxti gətirdi?
- Tamamilə doğrudur (gülür).


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.