14 Fev
2020
14:03
591

14
Fev
14:03



Meksika telekanalı Azərbaycanda keçirilən parlament seçkiləri barədə süjet yayımlayıb

Meksikanın “Once” televiziya kanalı ölkəmizdə keçirilmiş parlament seçkilərinə dair “Azərbaycanda parlament seçkiləri” adlı süjet yayımlayıb.

“Biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Meksikadan olan 800-dən çox beynəlxalq müşahidəçi Azərbaycan parlamentinə seçkiləri izləmək üçün buradadır”.

Xeberoxu.az-ın məlumatına görə, parlament seçkiləri ilə əlaqədar Bakıda səfərdə olan tanınmış jurnalist Federiko Lamont Meksikanın “Once” kanalının “Xəbərlər” informasiya-analitik proqramının birbaşa efirində yayımlanan süjetinə bu sözlərlə başlayıb.

Ölkəmizdə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edən F.Lamont prosesin demokratik və şəffaf şəraitdə keçdiyini bildirib.

Diqqətə çatdırılıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradə hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir, Azərbaycanda həyata keçirilən islahatların, o cümlədən sosial-iqtisadi siyasətin real nəticələrinin və seçki zəfərinin əsas səbəbi xalqın hakimiyyətə olan etimadıdır.

Habelə süjetdə Azərbaycanın dünyəvi dövlət olduğu, ölkəmizdə multikulturalizm və yüksək tolerantlıq ənənələri barədə məlumat verilib, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin burada mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşadıqları qeyd olunub.

Süjetdə müəllif, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkəmizin ərazisinin işğalına toxunub, bunun Azərbaycan xalqının ən ağrılı problemi olaraq qaldığını vurğulayıb. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının münaqişə üzrə məlum 4 qətnaməsinə istinad edir.

“Parlamentin yeni tərkibinin Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin yüksək nəticələrinə, ölkə iqtisadiyyatının sürətli inkişafına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə və uğurla davam edən genişmiqyaslı islahatlara öz dəyərli töhfəsini verəcəyinə azərbaycanlıların inamı böyükdür”, - deyə F.Lamont bildirib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Media xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.