08 Apr 2021
09:15
![]() |
08
Apr 09:15
![]() Meksikaya sığınacaq üçün müraciət edənlərin sayı rekordları qırır Meksikada mart ayında baş vermiş miqrasiya böhranı ilə əlaqədar müdafiə üçün rekord sayda, 9 076 nəfər miqrant müraciət edib. XeberOxu.Az-ın məlumatına görə, sığınacaq axtaran şəxslər öz qərarlarını yoxsulluq, zorakılıq və Mərkəzi Amerikadakı siyasi qeyri-sabitlik kimi əbədi problemlərlə əlaqələndirirlər. Meksika qaçqınlara yardım Komissiyasının (COMAR) məlumatına görə, ölkəyə 22,606 əcnəbi gəlib. Daha çox sığınacaq axtaranlar Honduras sakinləridi. Məlum olduğu kimi, çoxsaylı adam oğurluğu, qətllər, həmçinin COVID-19-un və “Eta” və “Yota” qasırğalarının şiddətləndirdiyi yoxsulluq həddi Honduras xalqını ekstremal vəziyyətə salıb. Bu siyahıda növbəti ölkə Kuba (2490 nəfər), Haiti (2459), Salvador (1793) və daha sonra isə Venesuela (1317) gəlir. Qvatemala və Nikaraqua sakinləri də öz ölkələrini siyasi qeyri-sabitlik və insanları əzən rejimlər əlindən tərk etmək məcburiyyətində qalıblar. “Animal Politico” (2010-cu ildə Meksikada çıxmağa başlayan müstəqil rəqəmsal nəşr) nəşrinə görə, artıq 3768 ərizə təsdiqlənmişdir ki, bunların da 80 faizinin “sığınacaq və ya hər hansı əlavə müdafiəyə” ehtiyacı var. Meksika pandemiya dövründə də sığınacaq verilməsi və şimal qonşusu ilə sərhədlərin sonradan bağlanması barədə ərizələrin nəzərdən keçirilməsini dayandırmayıb. Yeni problem olan miqrasiya böhranı Meksikada son beş il ərzində sığınacaq almaq üçün müraciət edənlərin sayının xeyli artmasına səbəb olub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|
|