XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

29 Iyul
2022
12:37
990
29
Iyul
12:37



Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.

Mərkəzi Bankdan verilən məlumata görə, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.

Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir.

Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılıb. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.

Qərar haqqında bu gün saat 11:00-da Mərkəzi Bankın sədri Taleh Kazimovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.