Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
13:03
732

19
Iyul
13:03




Bakı Metropoliteni: Festival günlərində zərurət olarsa, xəttə ehtiyat qatarlar buraxılacaq

İyulun 20-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə yarışların təşkilat komitəsi ilə müntəzəm əlaqəli fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-də bununla bağlı bütün müvafiq tədbirlər görülüb.

QSC-dən XeberOxu.az-a verilən məlumata görə, "Bakı Metropoliteni" QSC-nin nəzərdə tutulmuş əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunaraq, qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub. Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb. Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az