Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
00:39
195



Metropolitençilərin idman spartakiadası başa çatıb

akı Metropoliteninin “Nərimanov” elektrik deposunda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı 6 idman növü üzrə ənənəvi spartakiada başa çatıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, şahmat, dama, stolüstü tennis, nərd, voleybol və mini futbol üzrə təşkil edilən idman spartakiadada qaliblər müəyyənləşib.

Şahmat üzrə yarışda deponun elektrik təchizatı xidmətinin elektrik mexaniki Ayaz Qocayev, damaçılar arasında tunel qurğuları xidmətinin rəngsazı Ramil Salahov, stolüstü tennis turnirində elektromexanika xidmətindən mühəndis texniki qurğular dispetçeri Fərhad Məmmədov, nərd yarışında hərəkət xidməti stansiya rəisinin müavini Telman Vəliyev, voleybol komandalarının final yarışında dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin komandası 1-ci yerə çıxıb.

Mini futbol turnirinin həlledici matçlarına da yekun vurulub. Depolar üzrə iş və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin işçilərindən ibarət kollektiv qalib olub.

Ümumi komanda hesabında depolar üzrə iş və hərəkət qatarlarının istismarı üzrə iş departamentlərinin kollektivi yarışın qalibi olub.

Spartakiadada 206 idmançı qüvvəsini sınayıb.

Yarış iştirakçıları mükafatlandırılıb.


Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İdman xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]