21 Fev 2021
21:21
![]() |
21
Fev 21:21
![]() Mingəçevir Dövlət Universitetinin əməkdaşı “ASAN xidmət” mərkəzində seminar keçirib 2021-ci ilin 19 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) “Pedaqogika və psixologia” kafedrasının əməkdaşı Nərgiz Həsənova “ASAN xidmət” mərkəzində könüllülərə “Eqo və özgüvən” mövzusunda psixoloji seminar keçirib. MDU-dan XeberOxu.Az-a verilən məlumata görə, seminarda N.Həsənova eqo və özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb və mövzu ilə bağlı müxtəlif psixoloji situasiyalara uyğun məsləhətlər verib. Qeyd edək ki, şəhər və ətraf rayonların hərtərəfli inkişafına töhfə verməyi başlıca strateji vəzəfələrdən biri olaraq müəyyən edən MDU-da universitetdə təhsil alan tələbələrlə yanaşı, region gənclərinin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, karyera yüksəlişi və digər istiqamətlərdə inkişafına xidmət edən layihələrə də xüsusi əhəmiyyət verilir. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı
Şirvanda minik avtomobili yanıb
|