Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
01:00
999

11
Sen
01:00



Mərkəzi Gömrük Hospitalının kardioloqları Parisdə beynəlxalq konqresdə iştirak ediblər

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev, kardioloqlar Günay Məmmədova, Məlakə Məmmədova və Günay Hətəmova Avropa Kardiologiya Cəmiyyətinin və Ümumdünya Kardiologiya konqresinin təşkilatçılığı ilə 31 avqust-4 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Kardiologiya (ESC 2019) konqresində iştirak ediblər.

Hospitaldan Xeberoxu.Az-a verilən məlumata görə, konqresə Almaniya, Yaponiya, İngiltərə, Türkiyə, Rusiya və Danimarka ölkələri də daxil olmaqla, dünyanın 150 ölkəsindən 35 000 kardioloq qatılıb.

Beynəlxalq konqresdə dünyanın nüfuzlu kardioloqları, kardiocərrahları, invaziv kardioloqları, kardiologiya sahəsində elmi araşdırmalar aparan mütəxəssislər ürək-damar xəstəliklərinin müalicəsi və cərrahiyyəsi sahəsində əldə edilmiş nailiyyətlər, ən yeni müalicə metodları və son yeniliklərlə bağlı məlumatlar verib və qabaqcıl təcrübəni paylaşıblar.

Qeyd edək ki, bu konqres, bir qayda olaraq nəinkisessiyalarda, həmçinin, interaktiv müzakirə forumlarında innovasiyalı tədqiqatların təqdim edilməsi üçün bir platformadır. Beş gün davam edən konqresdə 500-dən artıq tibbi seans nümayiş etdirilib. Avropa Kardioloqlar Cəmiyyətinin konqresi (ESC 2019) kardiologiya sahəsində çalışan mütəxəssislərin ürək xəstəliklərinə qarşı mübarizəyə həsr olunmuş ən böyük toplantıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az