Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər



13 Yan
2021
12:19
448
13
Yan
12:19



Moskva bəyanatı bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır - Deputat

Azərbaycan Vətən Müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir. Bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun fikrincə, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağa xidmət edir:

“Görüşün ən mühüm nəticəsi kimi qiymətləndirilən birgə bəyanat nəinki onu imzalayan tərəflərin, eləcə də bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açır”.

R.Məmmədov hesab edir ki, Azərbaycanın qalib ölkə kimi qatıldığı bu görüşdə əldə olunmuş razılaşma regionda davamlı sülhün, sabitliyin və rifahın əldə olunması üçün əməkdaşlığın zərurliyini bir daha təsdiqləyir:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, əlbəttə ki, bizim ən böyük nailiyyətimizdir. Yaranmış yeni reallıq əslində 30 ildir həllini gözləyən münaqişənin bütün regionun inkişafına maneə yaratdığı barədə uzun müddətdir təkrarlanan tezisin nə qədər əsaslı olduğunu bir daha nümayiş etdirir. Artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafını tormozlayan, sülhə, sabitliyə təhdid kimi qiymətləndirilən düyünə çevrilmişdi. İndi bu düyün çözülüb. Region ölkələrinin əməkdaşlığı, qarşılıqlı faydalı əlaqələr zəncirinin qurulması üçün geniş imkanlar açılıb. Və bu yalnız Azərbaycanın baxışı deyil, regionda maraqları olan bütün ölkələr bu yanaşmanı bölüşür”.

Milli Məclisin deputatı vurğulayıb ki, Ermənistan keçmişə ilişib qalmamalı, indiki reallığa uyğun gələcək fəaliyyət konsepsiyasını müəyyən etməlidir. Bu konsepsiyanın mütləq şərtlərindən biri qonşuların ərazi bütövlüyünə hörmət, əsassız iddia və ittihamlardan imtina etməkdir:

“Prezident İlham Əliyev Moskva görüşündə bir daha bu məsələlər toxundu. Azərbaycanın regionun inkişafı naminə əməkdaşlığa böyük maraq göstərdiyini qeyd etdi. Eyni zamanda Ermənistanın siyasi elitasına da zəruri mesajlar verdi. Hesab edirəm ki, gələcəyə baxmaq üçün bu görüşdə əldə olunmuş razılaşmaların əhəmiyyəti olduqca yüksəkdir”.

Deputat bildirib ki, istənilən kontekstdə təhlil etdikdə üç ölkə rəhbərinin imzaladığı yeni bəyanat Azərbaycanın iqtisadi maraqlarına tam cavab verir. Ramin Məmmədovun fikrincə, sənəd Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin etməklə yanaşı, region ölkələri üçün də yeni nəqliyyat-kommunikasiya imkanları yaradacaq. “Bugünkü reallıqlar, dünyada və bölgədə gedən proseslər, bir çox ölkələrin qarşılaşdığı problemlər göstərir ki, indi ən optimal yol ən çətin şərtlərdə belə əməkdaşlıq imkanları tapmaqdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ən böyük uğurlarından biri bütün region ölkəlkərinə bu cür imkanı yaratmasındadır”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb







Göyçayda 5 otaqlı ev yanıb







Bakıda bir nəfər köməksiz qaldı







Bakıda mansarda tipli ev yanıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.