Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



30 Yan
2023
16:31
527
30
Yan
16:31



Mövlam Şixəliyev: Müsadirə olunan evlərdən biri babamdan qalıb - MƏHKƏMƏ

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə ittiham olunan istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda Mövlam Şixəliyev çıxış edib.

Xeberoxu.Az xəbər verir ki,Mövlam Şixəliyevin vəkili Arzu Cavadov APA-ya bildirib ki, müvəkkili çıxışı zamanı ona ehtimallar əsasında ittihamlar verildiyini deyib: “Müvəkkilim kifayət qədər dəlil və sübutlara söykənən çıxışı ilə cinayət məsuliyyətinə cəlb olunmasının əsassız olduğunu məhkəmənin diqqətinə çatdırıb. Çıxışda bəzi təqsirləndirilən şəxslərin bir-birilərini tanımadıqlarını, işin məhkəməyə qədər gəlib çıxmasının da gərəksiz olduğunu bildirdi”.

Arzu Cavadovun sözlərinə görə, Mövlam Şixəliyev əmlaklarının müsadirə olunması ilə bağlı da danışıb: “Müvəkkilim bir daha qeyd etdi ki, həmin əmlaklar cinayət yolu ilə əldə edilməyib. O, müsadirə olunan evlərdən birinin 1960-cı ildən babasından qaldığını, digərlərinin isə hələ vəzifədə olmamışdan əvvəl alındığını qeyd etdi”.

MTN generalı çıxışının sonunda məhkəməyə inamının sonsuz olduğunu, ədalətli qərar qəbul ediləcəyinə ümid etdiyini deyib.

Növbəti proses fevralın 6-na təyin olunub.

Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

 

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.


Xeberoxu.az

Məqalə:     #Mövlam    #Şixəliyev:    #Müsadirə    #olunan    #evlərdən    #biri    #babamdan    #qalıb    #Hadisə    #MƏHKƏMƏ  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə








© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.