Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
02:45
1041

13
Iyul
02:45



Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir

Diasporla İş üzrə Dövlət Komitəsində böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Komitədən XeberOxu.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ulu öndərin Komitədəki büstü önünə güllər düzüblər.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov ümummilli liderin ölkəmizin və xalqımızın həyatındakı əvəzedilməz rolundan bəhs edib. Komitə sədri ulu öndərin hələ sovet dövründə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı ölkəmiz üçün bir sıra tarixi qərarlar qəbul etdyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, müstəqilliyin ilk illərində işləyib hazırladığı Azərbaycan dövlətçiliyinin milli və bəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyası sayəsində Azərbaycan dövləti müstəqil, qüdrətli və müasir dövlət kimi dünyada öz yerini tutub: “Diaspor siyasəti də həmin dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil edirdi. Ümummilli lider bu sahədə ardıcıl tədbirlər gördü. Bu gün ümummilli liderin əsasını qoyduğu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamət­lərdə, o cümlədən diaspor sahəsində də uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov vurğulayıb ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: “Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı, məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan bu gün Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək yaşayır və dinamik inkişaf edir”.

Ümummilli liderin ölkəmizdə qanunvericilik sahəsində gördüyü işlərdən danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazıb: “Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.

Tədbirdə ulu öndərin həyat və fəaliyyəti barədə sənədli film nümayiş olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az