# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
09:25
1767

23
May
09:25



NRYTN-nin nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 76-cı iclası “COVID-19” pandemiyası səbəbindən videotədbir formatında keçirilib. İclasda 51 üzv və 3 assosiativ üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.

Azərbaycan tərəfini videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov təmsil edib.

“Dayanıqlı inkişaf üçün okeanlarda iqtisadi, sosial və ətraf mühit üzrə əməkdaşlığın təşviqi” mövzusunda keçirilən iclasda dayanıqlı inkişaf erasında nəqliyyat və logistikanın təşviqi, nəqliyyat bağlantılarının inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsində üzv ölkələrdə görülən işlərə dair müzakirələr aparılıb.

“Qlobal səhiyyə böhranının sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasında regional əməkdaşlıq” adlı sessiyada ölkəmizdə “COVID-19” pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizəyə dair cari ilin 10 aprel tarixində videokonfrans vasitəsilə keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşü və 4 may tarixində təşkil olunmuş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Həmçinin, “Asiya və Sakit Okean regionunun 2030-cu ilə qədər Davamlı İnkişafı üzrə Proqramın icrası” adlı sessiyada Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən və ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlərdən söz açılıb. Azərbaycanın “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulması barədə danışılıb.

Tədbir zamanı təşkilatın 5 regional institutundan biri olan Asiya Sakit Okean Texnologiyaları Transfer Mərkəzinin İdarəetmə Şurasına namizədliyi irəli sürülən 10 ölkə (Banqladeş, Çin, İndoneziya, İran İslam Respublikası, Nepal, Pakistan, Koreya Respublikası, Şri-Lanka, Tailand, Özbəkistan) iclasın videokonfrans formatında keçirildiyi nəzərə alınaraq, gündəliyə əsasən ənənəvi gizli səsvermə yolu ilə deyil, iclas zamanı akklamasiya yolu ilə Şuraya seçilib.

Tədbirdə, həmçinin növbəti iclasın 2021-ci ilin 26-30 aprel tarixlərində Tailand Krallığının Banqkok şəhərində “Asiya – Sakit Okean bölgəsində regional əməkdaşlıq yolu ilə böhrandan sonrakı bərpa” mövzusunda keçirilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci il 31 iyul tarixindən UNESCAP üzvüdür. Ölkəmiz komissiya çərçivəsində müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir, keçirilən tədbirlərdə daim təmsil olunur. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün mühüm platforma rolunu oynayır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.