![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
26 Dek 2021
14:39
![]() |
26
Dek 14:39
![]() "Neftçi"nin aparıcı legioneri bir neçə ölkədən təklif alıb "Buqrinə təkliflər var, amma ortada rəsmiləşən və ya yekunlaşan bir şey yoxdur". Bunu "Report"a açıqlamasında "Neftçi"nin idman direktoru Zaur Əzizov belçikalı futbolçu Sabir Buqrinin komandadan gedəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib. Klub rəsmisi bildirib ki, hələlik belçikalı yarımmüdafiəçi ilə sadəcə, maraqlanırlar: "Yəni, hazırda "Buqrin gedir" deyə biləcəyimiz bir vəziyyət yoxdur. Müxtəlif ölkələrdən olan bir neçə klub onun xidmətində maraqlıdır. Onların arasında Azərbaycan təmsilçiləri yoxdur". "Neftçi"dən ayrılması gündəmdə olan digər legioner Harramiz Soaresdir. İdman direktoru San-Tome və Prinsipidən olan 31 yaşlı hücumçunun vəziyyətini oyunçunun özü ilə dəyərləndirəcəklərini söyləyib. Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun "ağ-qaralar"a mümkün keçidinə də toxunan Əzizov danışıqların davam etdiyini vurğulayıb. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|