Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
Haqqımızda   RU     



24 Yan
2023
20:51
355
24
Yan
20:51



OCCRP: Talıbovun Gürcüstanda 270 milyonluq biznesi var – Emin Uçar vasitəsilə…
“Türkiyəli iş adamı Emin Uçar İran, Türkiyə və Ermənistan arasında muxtar Azərbaycan ərazisi olan Naxçıvanda sərvət qazanıb. Yeni sənədlər onun dekabrın 21-də istefa verməzdən əvvəl 27 il Naxçıvana rəhbərlik etmiş avtokrat Vasif Talıbovun ailəsinin vəkili kimi çıxış edə biləcəyini sübut edir”.

Bu barədə Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin (OCCRP) araşdırmasında bildirilir.
Qeyd olunur ki, Talıbovların əksər holdinqləri çox güman, Gürcüstanda otellərə və digər mülklərə sahib olan Uçarın rəhbərlik etdiyi şirkətlər qrupu, həmçinin Türkiyədə tikinti materialları istehsal edən şirkətlər tərəfindən maskalanıb:
“Yeni üzə çıxan sənədlər göstərir ki, Uçar qonşu Gürcüstanda Talıbovların maraqlarından çıxış edib. O, Naxçıvanın sabiq rəhbərinin oğlu Rza Talıbovun adından Gürcüstanda mülklər alıb və onlar da birgə şirkətlərə sahib olublar.
Gürcüstanın paytaxtı Tbilisidəki opera teatrının qarşı tərəfində, “Yaxşı yemək insan hüququdur” şüarı olan yüksək səviyyəli Dinehall restoranı da bu mülklərə daxildir.
Bildirilir ki, həmçinin yaxınlıqda fransız qonaqpərvərlik nəhəngi “Accor” ilə birgə beşulduzlu otel tikilir.
Araşdırmada qeyd olunur ki, otel və yeməkxana kiçik Qafqaz ölkəsindəki 270 milyon dollarlıq biznes imperiyasının bir hissəsidir, ən azı kağız üzərində:
“Emin Uçar adlı türk vətəndaşı tərəfindən idarə olunur”.
OCCRP, Uçarın dekabrın 21-də qəfil istefa verənə qədər 27 il Azərbaycanın tənha bir bölgəsinin avtokratik hökmdarı olmuş Vasif Talıbovun ailəsinin uzun illər təmsilçisi kimi fəaliyyət göstərdiyinə dair sübutlar aşkar edib.
““Gəmiqaya” Holdinq Gürcüstanda ilk biznesini 2012-ci ildə Batumidə mebel fabriki açaraq qurub. Həmin şirkət növbəti il ölkədə “Maqro” olaraq rebrendinq etdi və tikinti, qida xidmətləri və turizm də daxil olmaqla sektorlara genişləndi.
“Maqro” 2012 və 2016-cı illərdə arasında – Uçar və Rzanın birlikdə biznesdə olduğu vaxtlarda 27 milyon dollar dəyərində əmlak əldə etdi, bu da “Maqro””nun Gürcüstandakı sərmayələrinin Talıbovlarla əlaqəli olduğunun başqa bir göstəricisidir.
“Maqro”dan bildirib ki, Gürcüstandakı digər iki əmlak kimi, bu əmlakın inkişafına da 270 milyon dollar sərmayə qoyulub”. //azinforum.az

Xeberoxu.az

Məqalə:     #OCCRP:    #Talıbovun    #Gürcüstanda    #270    #milyonluq    #biznesi    #var    #–    #Emin    #Uçar    #vasitəsilə…  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.