Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
09:11
285



Oktay Hacıyevin yaradıcılıq gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oktay Hacıyevin yaradıcılığına həsr olunmuş gecə keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecənin əvvəlində Oktay Hacıyevin öz ifasında “Qara tellər” xalq mahnısı səsləndi.

Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis Oktay Hacıyevin həyat yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar.

Tədbirin bədii hissəsində Xalq artisti Zümrüd Məmmədova, V.Mustafazadə adına “Sevil” vokal ansamblı, Şəhla Ələsgərovanın bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun xoru, xanəndələr Abgül Mirzəliyev, Türkay Məlikova, Elay Xasıyev, Məftun Məmmədli, Könül Məmmədli, Almaxanım Əhmədli, Elgiz Əliyev, Seymur Məmmədov, müğənnilər Sədaqət Ulduz, Nicat Cəfərzadə, Oktay Hacıyevin ifa etdiyi xalq və bəstəkar mahnılarını ifa etdilər. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

Tədbir böyük maraqla qarşılandı və sürəkli alqışlarla sona çatdı.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir. Dekabrın 5-də saat 19:00-da Muğam Mərkəzində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni “Söz” adlı ədəbi layihəsinin ilk tədbiri Molla Pənah Vaqifin poeziyasına həsr olunacaq.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Mədəniyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]