Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
13:40
1382
16
Sen
13:40



Ombudsmanın Gəncə Regional Mərkəzi əlilliyi olan şəxslərin hüquqları ilə bağlı onlayn tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi ilə birgə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda onlayn tədbir keçirib.

Ombudsman Aparatından XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Müvəkkil tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini məsələsi daim diqqət mərkəzində saxlanılır. O, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Müvəkkilin təşəbbüsü ilə aparatın strukturunda yeni sektor yaradıldığını qeyd edib. Həmçinin ötən dövr ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.

Tədbirdə iştirakçılara müvafiq sahədə mövcud olan beynəlxalq və ölkədaxili standartlar haqqında ətraflı məlumat verilib, Ombudsmanın fəaliyyəti ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







BNA ilk dərs günü ilə bağlı vətəndaşlara müraciət edib







Cəlilabadda yol polisi təhlükəsizlik tədbirlərini gücləndirir







BŞTİ müdiri: 18 məktəb direktoru ilə əmək müqaviləsinə xitam verilib







“Rəqəmsal Jurnalistikaya doğru” proqramının 2-cisi reallaşdırılacaq


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.