# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
09:45
1950

23
May
09:45



Pandemiya dövründə hansı sahələrdə aktivlik müşahidə olunub? - Ekspert danışır

Pandemiya dövründə səhiyyə, qida, yüklərin daşınması və bir sıra sənaye məhsulu istehsalı ilə məşğul olan sektorlarda müəyyən aktivlik müşahidə olunub.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri, iqtisadçı ekspert Fariz Yadigarov deyib.

Ekspert bildirib ki, bütövlükdə geriləmə vəziyyətində olan bir iqtisadi sistemin hər hansı elementinin, özü də hərəkətverici olmayan elementinin dar zaman çərçivəsindəki müvəqqəti irəliləyişini adətən gəlirlilik kimi qiymətləndirmirlər:

"Eyni fikirləri həm qlobal, həm də dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatı barədə demək olar. Azərbaycandakı mövcud vəziyyət də demək olar ki, qlobal vəziyyətin paralelidir.

Burada daha çox zərərsizlikdən, ən yaxşı halda isə sahədaxili müqayisəli gəlirlilikdən danışmaq olar. Misal olaraq, nəqliyyat sahəsi öz-özlüyündə fərqli təsnifatlarla bir neçə alt sahəni birləşdirir - məsələn, yük və sərnişin nəqliyyatı, beynəlxalq, regional və lokal nəqliyyat və s.

İndi biz burada pandemiyanın nəqliyyat sahəsinə birmənalı müsbət və ya mənfi təsirindən heç cür danışa bilmərik. Təkcə Azərbaycan misalında vəziyyəti ifadə etmək mümkün olar. Belə ki, sərnişin nəqliyyatı istər beynəlxalq, istərsə də regional səviyyədə böyük şok yaşadı. Lokal səviyyədə isə, əsasən də xüsusi karantin rejimi vaxtında demək olar ki, taksi və məhdud ictimai nəqliyyat fəaliyyət göstərdi. Bütün səviyyələrdə yük nəqliyyatı, eləcə də ticarət sahəsi ölkə üçün əsas prioritet məhsulların daşınması ilə məhdudlaşdı. Məhdud sayda mal seqmentinin topdan satışı, yalnız qida və səhiyyə məhsullarının pərakəndə ticarətinin davamlı fəaliyyət göstərməsi mümkün oldu".

Mütəxəssis qeyd edir ki, analoji misalları digər sahələr üzrə də gətirmək olar:

"Baxmayaraq ki, hansısa sektorun fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması həmin sahənin maliyyə nəticələrinə birbaşa mənfi təsir edir, digər sektorun normal, məhdudiyyətsiz fəaliyyət göstərməsi onun rentabelliliyinin artması anlamına gəlmir. Çünki maliyyə vəsaitlərinin hərəkətinin bir sektor üzrə dayanması və azalması heç də həmişə digər sektor üzrə artacağı demək deyildir. Bu hal yalnız oxşar və ya əvəzolunabilən mal, iş və xidmətlər üzrə mümkündür. Bu ümumi vəziyyətin dəyişməsinə əhəmiyyətli təsir göstərmir. Digər tərəfdən iqtisadi durğunluğun dolayı ilə həm təsərrüfat subyektlərinin, həm də əhalinin maliyyə vəziyyətinə birbaşa mənfi təsiri daha çox yığıma, müəyyən xərclərin məhdudlaşdırılmasına meyl yaradır. Daha sadə dildə desək, mövcud şəraitdə bir şəxsin restoran, əyləncə məkanlarının xidmətindən istifadə edə bilməməsi o demək deyil ki, həmin şəxs o məqsədlər üçün nəzərdə tutduğu vəsaiti qida məhsullarına və ya taksidə gəzməyə sərf edəcək. Əksinə, ən yaxşı halda bu məqsədlər üçün əvvəlki həcmdə vəsait sərf edəcək. Təbii ki, müxtəlif insanların sosial vəziyyətindən asılı olaraq müxtəlif variantlar mümkündür. Eyni zamanda bəzi tibbi məhsulların istehlakındakı artım da bizi çaşdırmamalıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu ümumi mənzərəni dəyişməyə kifayət etmir.

Lakin, pandemiya dövründə diqqəti cəlb edən bir sahəni vurğulamaq istərdim ki, bu da sosial izolyasiya şəraitində xüsusilə böyük əhəmiyyət kəsb edən, proqram təminatı məhsulları və eyni zamanda onların tətbiqi ilə bağlı infrastrukturun yaradılması xidmətləridir. Bu sahəni pandemiya dövründə yeganə rentabelli sahə kimi göstərmək olar".

Qabaqcıl analoji məhsul istehsalçılarının qlobal miqyasda belə çox məhdud sayda olmasının bu sahədə böyük rentabelliyin əldə olunmasına şərait yaratdığını deyən ekspert qeyd edib ki, məlum epidemiya sanki bu məhsulların təbii reklamçısı olub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.