Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
15:56
206

14
Yan
15:56



Parlament seçkilərində seçiciyə səsvermə vəsiqəsinin verilməsi sabah başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi bu gün başa çatır.

Xeberoxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 45–25 gün qalanadək, 2019-cu il dekabrın 26-dan 2020-ci il yanvarın 15-dək təqdim edilməlidir.

Bu gün həmçinin səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti də başa çatır.

Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də yanvarın 15-də başa çatır.

Bundan əlavə, yanvarın 15-də seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi prosesi sona çatır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.