XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Fev
2021
23:30
701
27
Fev
23:30



ABŞ Konqresinin Nümayəndələr Palatası 1,9 trilyon dollarlıq iqtisadi stimullaşdırma planını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 27-də pandemiya şəraitində milli iqtisadiyyat artımının təcili stimullaşdırılması tədbirləri barədə 1,9 trilyon dollarlıq qanun layihəsini təsdiq edib.

 XeebrOxu.Az xəbər verir ki, Nümayəndələr Palatasının iclası Amerika telekanalları tərəfindən canlı yayımlanıb. Qanun layihəsi praktiki olaraq minimal səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 219-u layihəni dəstəkləyib, 212-si isə onun əleyhinə səs verib.

ABŞ Prezidenti Cozef Baydenin proqramına əsaslanan sənəd bilavasitə pandemiya ilə mübarizə tədbirlərinə təxminən 400 milyard dolların ayrılmasını nəzərdə tutur. Həmçinin əhaliyə yardım məqsədilə 1 trilyon dollar yönəldiləcək, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına sərf olunacaq.

Demokratlar martın 14-nə qədər qanun layihəsini imzalaması üçün prezidentə göndərməyi planlaşdırır. Lakin sənədin Senatda xeyli prosedur çətinlikləri ilə qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, respublikaçılar stimullaşdırma paketinin həddən artıq şişirdildiyini hesab edirlər. Ağ ev isə öz növbəsində 1,9 trilyon dollar həcmindəki proqramın pandemiyanın səbəb olduğu miqyasa daha çox uyğun gəldiyi fikrindədir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.