XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
04:00
812
28
Fev
04:00



Tailandda Xocalı soyqırımı qurbanları yad edilib

Tailand Krallığında yaşayan azərbaycanlı iş adamı, Azərbaycan diasporunun fəal üzvü Gündüz Qasımlının təşəbbüsü ilə Kathu bələdiyyəsinin inzibati binasında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Pakistan icmalarının və yerli ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə çıxış edən Gündüz Qasımlı Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni Azərbaycan tarixində ən qanlı hadisələrdən biri adlandırıb. Bildirib ki, erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri qətliam yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Xalqımızın bu dəhşətli cinayətin unudulmasına yol verməyəcəyi, Xocalı soyqırımına beynəlxalq birliyin hüquqi-siyasi qiymət verməsi, erməni cinayətkarlarının məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan dövlətinin, xaricdəki diaspor təşkilatlarının və soydaşlarımızın birlikdə davamlı fəaliyyət göstərdikləri nəzərə çatdırılıb.

Tədbir çərçivəsində yaradılmış guşədə Xocalı soyqırımına aid fotoşəkillər nümayiş etdirilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.