XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
05:00
805
28
Fev
05:00



Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar

Avropanın aparıcı ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun gənc fəalları "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində maraqlı aksiya təşkil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmvətənlərimiz yaşadıqları ölkələrin tarixi məkanlarında, parlamentlərin, beynəlxalq təşkilatların önündə əllərində "Xocalıya ədalət!" tələbinin əks olunduğu posterlər tutaraq bir nəfərlik aksiyalar keçiriblər. Bununla da soydaşlarımız Avropa rəsmilərinə və ictimaiyyətinə ədalətli olmaq, haqları tapdanmış soyqırımı qurbanlarının qarşısında insanlıq və hüquqi borclarını yerinə yetirmək ismarıcını ünvanlayıblar.

Aksiyada Fransada Azərbaycanlı Tələbələr Təşkilatı, İsveçrədə "Azərbaycanın Dostları" Birliyi, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Polşadakı Azərbaycan Evi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, Finlandiyada Azər-Türk Gənclər Təşkilatı, Belcika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Macarıstandakı Azərbaycan diasporunun gənc təmsilçiləri fəal iştirak ediblər.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.