XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
15:45
893
28
Fev
15:45



Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşkilatçılığı ilə ilk dəfə “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə Niderland Krallığında da quraşdırılıb. Lövhə Amsterdam-Den Bosch şəhərləri istiqamətində gedən avtomagistarlda yerləşdirililib.

XeberOxu.Az-ın məlumatına görə, erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun bir qrup nümayəndəsi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Ermənistan səfirliyinin qarşısında "səssis" etiraz aksiyası keçiriblər.

Aksiya zamanı "Xocalıya ədalət!" şüarı, erməni yazıçıları Zori Balayanın, David Xerdiyanın Xocalı soyqırımını ermənilərin törətməsi barədə ehtiraflarının yazıldığı plakatlar nümayiş etdirilib və səssiz etirazın rəmzi olan ağ rəngli şarlar havaya buraxılıb. Aksiya Xocalı soyqırımına etiraz bəyanatının səfirliyin poçt qutusuna atılması ilə yekunlaşıb. Konvertin üzərinə "Xocalıya ədalət!" tələbinin əks olunduğu marka yapışdırılıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Mərdəkanda tüfənglə atışma baş verdi: Yaralanan var








Sürücüyə xəsarət yetirilərək avtomobili qaçırıldı








Xızıda qanunsuz işləyən kafe aşkarlanıb -FOTO








Əri onu döydü deyə intihar etdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.