# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
11:57
2732

26
Mart
11:57



Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: eşitdiklərini gözyaşı ilə qarşıladı
Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Survivor"da "Məşhurlar" və "Könüllülər" komandasını bir araya yığaraq xəbərsiz olduqları koronavirus bəlası ilə bağlı verdiyi məlumat bütün iştirakçıları narahat edib.
Xeberoxu.az-ın məlumatına görə, layihənin rəhbəri Acun ailəli və uşaqları olduğu üçün yalnız "Məşhurlar" komandasında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə evinə zəng edib vəziyyətlərini öyrənmək şansı verib.
Ailəsinə zəng edən Pərvizin sözügedən kadrları hər kəsi duyğulandırıb. Oğlu Yusifin səsini eşidən Pərviz qəhərini gizlətməyə çalışsa da alınmayıb. Həyat yoldaşının "Hamımız yaxşıyıq, narahat olma. Uşaqlar da ancaq sənə baxırlar" sözləri isə Pərvizi daha da duyğulandırıb.Xatırladaq ki, dünya çempionumuzun Yusif və Oğuzxan adında iki oğlu var

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.