Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
20:16
1344

08
Iyul
20:16



Pirallahıda salınan yeni kompleksdə məcburi köçkünlər üçün püşkatma keçirilib

Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən XeberOxu.az-a verilən məlumata görə, iyulun 8-də yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib.

Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

"Ölkədə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşyır. Qəzalı vəziyyətdəki müvəqqəti yaşayış yerlərində, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər, Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Pirallahı rayonunda yeni yaşayış kompleksi dövlət başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən inşa olunub. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada ikisi 72, biri isə 162 mənzilli üç doqquzmərtəbəli yaşayış binası və məktəb tikilib. Ərazidə infrastrutur obyektləri inşa olunub, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il iyulun 5-də açılış mərasimi keçirilən kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az